Dr. İranə Qorçiyeva
Liv Bona Dea XəstəxanasıADTU məzunu, İstanbul Bezmialem Univ. ixtisaslı mama-ginekoloq. Laparaskopiya, sonsuzluq, uroginekologiya üzrə mütəxəssis. Liv Bona Dea.

Haqqında
Uzman Dr. İranə Qorçiyeva 2012-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Elmi Tədqiqat Mamalıq və Ginekologiya Universitetindəki rezidatura proqramını tamamlamışdır. Daha sonra İstanbul Bezmialem Vakıf Universiteti Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum şöbəsindəki ixtisaslaşmanı başa vurmuşdur. Klinik fəaliyyəti boyunca müxtəlif beynəlxalq kurslarda iştirak etmişdir: GAMCA laparaskopik tissue dissection və cholecystectomy kursları, Türk Ginekologiya-Obstetrik Dərnəyinin uroginekologiya seminari, İstanbul Qadın Doğum Günlərinin obstetrik sfinkter tamiri kursu, 2. Minimal İnvaziv Ginekoloji Cərrahiyyə Kongresi. Hazırda Liv Bona Dea Hospitalda hamiləlik, doğuş, sonsuzluq müalicəsi, laparaskopik cərrahiyyə, uroginekologiya və genital estetika sahəsindəki xidmətlər göstərir.
Əlaqə
2 Mehdi Abbasov küçəsi, Bakı