Dr. Jalə Mirzəyeva
Leyla Medical CenterSağlam uşaq nəzarətiUşaq allergik xəstəlikləriUşaq infeksion xəstəlikləriYenidoğulmuş və körpə sağlamlığıUşaq endokrin xəstəlikləriKörpə sağlamlığı

Haqqında
Dr. Jalə Mirzəyeva uşaq sağlamlığı və xəstəlikləri sahəsində fəaliyyət göstərən pediatrdır. Peşəkar fəaliyyəti ərzində yenidoğulmuş, körpə, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, xəstəliklərinin diaqnostikası, müalicəsi və izlənməsi istiqamətində geniş klinik təcrübə qazanmışdır. Tibbi fəaliyyətinə Türkiyədə Şişli Hamidiye Etim və Araşdırma Xəstəxanasında assistent həkim-pediatr kimi başlamış, burada pediatrik təcili yardım, reanimasiya və stasionar pediatriya sahəsində çalışmışdır. Daha sonra Azərbaycanda Leyla Medical Center, Uniklinika, Məhəmmədi Modul Tipli Xəstəxana və Sabunçu Tibb Mərkəzində pediatr kimi fəaliyyət göstərərək pediatrik təcili hallar, infeksion, allergik və endokrin xəstəliklərin diaqnostikası və müalicəsi, eləcə də stasionar pasiyentlərin izlənməsi sahəsində mühüm təcrübə əldə etmişdir. Dr. Jalə Mirzəyeva sağlam uşaq inkişafının mütəmadi izlənilməsi, peyvəndləmə proqramlarının təşkili, pediatrik infeksiyalar, allergik xəstəliklər, endokrin problemlər və təcili pediatrik vəziyyətlərin idarə olunması ilə məşğuldur. O, hər bir pasiyentə fərdi yanaşmanı əsas götürərək valideynlərin maarifləndirilməsinə və sübuta əsaslanan müasir tibbi yanaşmaların tətbiqinə xüsusi önəm verir.