Prof. Dr. Mutlu Ercan
Baku Medical PlazaTəcrübə
28 il
Gülhane Hərbi Tibb Akad. + Northwestern Univ. Chicago ixtisaslı professor. Sonsuzluq, IVF, endometrioz üzrə Bakı Liv Hospital mütəxəssisi.

Haqqında
Prof. Dr. Cihangir Mutlu Ercan 1998-ci ildə Türkiyənin Gülhane Hərbi Tibb Akademiyasını bitirmiş, ixtisaslaşmasını da eyni akademiyada tamamlamışdır. Beynəlxalq tibb müəssisələrindəki geniş ixtisasartırma proqramları çərçivəsində 2008-ci ildə ABŞ-ın San Antonio şəhərindəki Brooke Army Medical Center-də qabaqcıl ginekoloji endoskopik cərrahiyyə, həmin ildə ABŞ Sağlamlıq Elmləri Akademiyasında hərbi profilaktik tibb, 2012-ci ildə isə Çikaqodakı Northwestern Universiteti Feinberg Tibb Məktəbinin Obstetrik-Ginekologiya şöbəsinin Reproduktiv Biologiya bölümündə reproduktiv endokrinologiya, IVF və endometrioz üzrə mütəxəssisləşmişdir. Çoxsaylı elmi işlər və məqalələrin müəllifi olan Prof. Dr. Mutlu Ercan hazırda Bakının Liv Hospital-ında sonsuzluq, süni mayalanma, endometrioz, yumurtalıq kistaları, vaginal cərrahiyyə sahəsindəki xidmətlər göstərir.
Əlaqə
Suleyman Rustam küçəsi, Bakı